Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

F-16 pilotundan şok etiraf: FETÖ-çular hələ də uçurlar…

Türkiyədə FETÖ ilə mübarizə davam etdirilir.

Hərbi Hava Qüvvələrində bizim tərzimizdəki etirafçıları qovmağa davam etsələr, FETÖ-nun sirlərini çətin ki, aşkara çıxara bilsinlər.

Din.az xəbər verir ki, bu sözləri FETÖ ilə əlaqələrinə görə ordudan kənarlaşdırılan və etirafçı olan F-16 pilotu baş leytenant S.D deyib.

“Təşkilata sorğu-sualsız biət edən, kataloqla evlənən pilotlar çevriliş cəhdində iştirak etdilər. Çevrilişdən əvvəl məzuniyyətə çıxmışdım. Ankaradan kənara getmişdim. Komandan saat 10:00-da zəng edib hamıdan harada olduğu barədə məlumat göndərməsini istədi. 4-5 kişi bu məlumatları göndərmədi. Bunlar FETÖ-çu idi, telefonları söndürülmüşdü. Akıncıdan F-16-lar havaya qalxırsa və bunun qarşısını almırlarsa, bunun FETÖ-çuların işi olduğunu anladım. Yoxsa onların məlumatı olmadan Akıncıdan F-16 uça bilməzdi, Akıncı onların nəzarətində idi. Bunu bildiyim üçün çevrilişi onların etdiyini anladım. Hazırda təşkilatın kripto səviyyəsində davam edən çox sayda insan var. Mənlə bir növbədə uçan insanlar var. Yüz faiz bilirəm, hazırda da uçurlar”, – pilot bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...