Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Falçı ev sahibəsinin qızıllarını oğurladı – VİDEO

4 min manatlıq qızılı alıb qaçdı

Paytaxtın Nərimanov rayonu, Malik Məmməd 32 saylı mənzilə kirayə ev axtarmaq adı altında bir şəxs gələrək sonradan özünü falçı kimi təqdim edib və evdən 4 min manat dəyərində qızıl-zinət əşyası oğurlayıb.

35-40 yaşlı kişi adının Anar olduğunu bildirib və özünü tanınmış öncəgörücü kimi təqdim edib. Ailənin azyaşlı qızını görən dırnaqarası falçı onun taleyi ilə bağlı bədbəxt proqnoz verib.

Saatın gec olduğunu bəhanə gətirən həmin şəxs sabah gələcəyini və övladının xəstəliyi ilə bağlı onlara kömək edəcəyini bildirib. Səhər adıçəkilən ünvana gələn falçı fala baxmağa başlayıb. Elə hər şey də bundan sonra baş verib.

“Din.az” Bakıda falçının fırıldaq əməllərini videoda təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...