Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Farslar çıxılmaz vəziyyətdə, Təbrizdə də nümayişlər başladı, AZƏRBAYCAN AYAĞA QALXDI

Təbriz şəhərində etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb.

İran təhlükəsizlik qüvvələri Ərdəbil əyalətində etiraz aksiyaları zamanı 40 nəfəri saxlayıblar.

Din.az bildirir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Ərdəbil prokuroru Naser Atabati bildirib ki, saxlanılanların əksəriyyəti sorğudan sonra azad edilib, 15 nəfər isə hələ də həbsdədir.

Bundan əlavə, təsdiqlənməmiş məlumatlara əsasən, Təbriz şəhərində etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb. Lakin Təbriz millət vəkili Şahabodin Bimekdar məlumatı təkzib edib və bildirib ki, onun şəhərində etirazlar keçirilməyib.

Xatırladaq ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kermanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib. //Virtualaz.org

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...