Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Qaynar Xəbərlər

“Faşizmin qarşısını almaq üçün qatı İslamla savaşırıq”

Share Button

Milyonlarla insanı onların qatı qaydalarına boyun əyməyə məcbur edən adamlardan qorumaq üçün savaşırıq…

Amerikanın keçmiş prezidenti Corc Buş Amerikanın II Dünya Müharibəsində faşizm ilə indiki İraq və Əfqanistandakı “qatı islamçılar”la mübarizəsindən bəhs edib.

“Din.az” xəbər verir ki, Buş “Colarado Springs”dəki ABŞ Hava Qüvvələri Akademiyasının yeni məzunlarının diplom təqdimetmə mərasimində etdiyi çıxışında, “Millətimiz II Dünya müharibəsi zamanı regional münaqişələri və totalitar hədəflərini gerçəkləşdirmək üçün siyasi məqsədləri uğruna məsum insanları qətl edən pis insanlarla döyüşdü” deyib.

Buş çıxışı zamanı, “Hərbi gücümüzün və xalqımızın əzminin kombinasiyası ilə və azadlıq gücünə olan inancımızla düşmənlərimizi məğlub edərək dünyadakı milyonlarla insanın təhlükəsizliyini təmin etdik” deyərək tələbələrə cəsarət verib.

Gələn ilin əvvəlində yeni seçiləcək xələfi üçün ABŞ məclisində İraq və Əfqanistan müharibəsi üçün 70 milyard dollar əlavə vəsait təqdim edilməsini təklif edən Buş, “İndi – XXI əsrdə xalqımız, yenidən qəzəb və nifrət toxumları atmağa və ümidsizliyi hədəfləyən radikal islamçıların ideologiyası ilə savaşır” deyib.

Buş hər iki cəbhədə uzun bir mübarizə verəcəklərini, fəqət ikisində də yox edilən ölkələrə demokratiya və dayanıqlılıq səylərində müsbət bir irəliləyiş təmin etdiklərini ifadə edib.

Sözlərini “bugünkü mübarizəmizdə biz, azadlığı alçaldan, Amerikanı təhqir edən və milyonlarla insanı onların qatı qaydalarına boyun əyməyə məcbur edən adamlara qarşı davam etdiririk” deyə davam edən Amerikanın naziri “biz bir daha xalqımızı bu düşmənlərimizi məğlub etməyə və milyonların sülh şəraitində yaşamasını təmin etməyə çağırıram” deyib.

Buş, yeni məzun olan hava qüvvələrinin məzunlarına “II Dünya Müharibəsindən sonra biz Almaniya və Yaponiyaya azad cəmiyyət və güclü iqtisadiyyat qurmaları üçün kömək etdik” deyib.

“Bu uzun və səbir tələb edən fəaliyyətlər Almaniya və Yaponiyanın azad və uğurlu şəkildə inkişaf etməsi ilə nəticələndi. Başda düşmənlərimiz olan Almaniya və Yaponiya, indi Birləşmiş Millətlər Təşkilatının müttəfiqləridir” deyə əlavə edib.

Buş son olaraq bunları qeyd edib: “Dünyanın hər yerində olan insanlar bizimlə ittifaq qurmaqdan faydalanır. Bu gün biz eynisini Əfqanistan və İraqda edirik. Bir onlara azad və rifah içində inkişaf etmələri üçün kömək edirik. Gələcək nəsil üçün sülh təşkilatları qururuq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir