Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fatih Terimdən oruc açıqlaması – VİDEO

Fatih Terim milli futbolçuların “EURO 2016”da oruc tutub tutmayacaqlarını açıqlayıb. “Din.az” xəbər verir ki, “EURO 2016”dan əvvəl “TRT Spor” kanalında qonaq olan Türkiyə Futbol Direktoru Fatih Terim aparıcının verdiyi “futbolçular oruc tutacaqmı?” sualını cavablandırıb. “Biz onların yerinə tutarıq”… Terim, “əgər oyuna uzun zaman varsa, futbolçular oruc tuta bilər. Amma iş varsa, sonra tutarlar. Çünki bu […]

Fatih Terim milli futbolçuların “EURO 2016”da oruc tutub tutmayacaqlarını açıqlayıb.

“Din.az” xəbər verir ki, “EURO 2016”dan əvvəl “TRT Spor” kanalında qonaq olan Türkiyə Futbol Direktoru Fatih Terim aparıcının verdiyi “futbolçular oruc tutacaqmı?” sualını cavablandırıb.

“Biz onların yerinə tutarıq”…

Terim, “əgər oyuna uzun zaman varsa, futbolçular oruc tuta bilər. Amma iş varsa, sonra tutarlar. Çünki bu onların sağlamlıqları üçün vacibdir. Biz onların yerinə tutarıq, onsuz da hər zaman birlikdə tuturuq. O cürə isti mühitdə, iki məşqin olduğu gündə oruc tutmaq sağlam olmayacaq. Amma bizim yoldaşlarımız, futbolçularımızın mənəvi mühitini çox yaxşı təmin edəcəkdir”, – deyə cavab verib.

“Din.az” verilişdən olan videogörüntünü təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...