Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fatimə nanotexnologiya sahəsində inqilab etdi… – FOTO

Müsəlman nanotexnoloq qadından gözlənilməz kəşf …

Müsəlman xanımın kəşfi sayəsində bir sıra xəstəliklərə anındaca diaqnoz qoymaq mümkün olacaq…
Hicablı, müsəlman xanımlara istehza ilə baxıb “geridəqalmış” deyənlər ibrət götürsün…

Müsəlman nanotexnoloq qadın gözlənilməz kəşf edib.

Din.az-ın Moderator.az-a istinadən verdiyi xəbərdə belə deyilir.
Fatimə əz-Zəhra əl-Atraktçinin araşdırmaları nəticəsində bundan sonra bakteriyalar arasındakı “kommunikasiya”nı “dinləmək” mümkün olacaq. Və həmin texnologiyanın köməyi sayəsində bakteriyalar antibiotiklər qarşısında zəifləyəcək və bir çox xəstəliklərə anındaca diaqnoz qoyulması gərçəkləşəcək.

“Mənim testimdə istifadə etdiyim yeni texnoloji üsulla bakteriyaları toplamaq və 30 saniyə ərzində diaqnoz qoymaq mümkündür. Ümid edirəm ki, bu, həkimlərə daha uyğun dərman təyinatı yazmağa, ümumi prosedurları ixtisar etməyə və qeyri-müəyyənlikdən qurtulmağa şərait yaradacaq” –deyə doktor Fatimə əz-Zəhra izah edib.
Küveytdə dünyaya göz açan və iki uşaq anası olan Fatimə xanım Livan və İraq mənşəlidir. O, 2018-ci ilin yanvarında Danimarkanın Texniiki Universitetində fizika və nanotexnologiya üzrə fəlsəfə doktoru sertifikatini alıb.

P.S. Hicablı, müsəlman xanımlara istehza ilə baxıb “geridəqalmış” deyənlər bir daha ibrət götürsün…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...