Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Fatimeyi Zəhra” məscidinin inşasına başlanılır – FOTO

Məscidin tikintisi yaxın həftələr ərzində başlamalıdır.

Yaxın günlərdə tikintisi yarımçıq qalmış “Fatimeyi Zəhra” məscidinin inşasına start veriləcək.

Din.az xəbər verir ki, artıq buna müvafiq hökumət dairələri tərəfindən icazə və göstəriş verilib. Məscidin hasarına ibadətgahın tam inşasından sonra necə görkəmdə olacağına dair məlumat lövhələri də vurulub.

Məsələni dəqiqləşdirmək üçün məscidin dini icmasının sədri hacı İlqar Abdullayevlə əlaqə saxlanılıb.

Müsahibimiz bildirdi ki, həqiqətən də, belə göstəriş var və bu barədə dini icmaya xəbər verilib. Tikinti yaxın həftələr ərzində başlamalıdır.

Məbədin ərazisi ilə bağlı məsələyə gəlincə, hacı İlqar bildirdi ki, bu barədə hələ heç bir açıqlama verilməyib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...