Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fatmeyi-Zəhra Məscidindəki qulaqbatıran azan səsindən səlahiyyət sahiblərinə MÜRACİƏT…

Namaz vaxtlarında azan səsinin normadan bir neçə dəfə artıq verildiyi deyilir.

Din.az bildirir ki, Qaradağ rayonu Sahil qəsəbəsinin bir qrup sakini Moderator.az-a müraciət edib.

Sakinlər qəsəbədəki məscidi idarə edənlərin davranışlarından narahatlıqlarını ifadə edirlər. Bildirilir ki, namaz vaxtlarında azan səsi normadan bir neçə dəfə artıq verildiyindən onların əsəbləri pozulmağa başlayıb.

Eyni zamanda o da vurğulanır ki, verilən azan səsindən əlavə də bəzi dualar qulaqbatıran səslərlə yayıldığından azyaşlı uşaqların və ağır xəstə yatan adamlar üçün bezdirici vəziyyət yaranıb. Sakinlər yaranmış duruma əncam çəkilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri, hörmətli Şeyxülislam Allahşükür paşazadənin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının məsələyə müdaxilə etmələrini xahiş edirlər.

Redaksiyadan: Biz də öz növbəmizdə hörmətli səlahiyyət sahiblərinə müraciət edərək sakinlərin şikayətinin yerindəcə araşdırılmasını və müvafiq tədbirlər görülməsini xahiş edirik. Ümid edirik ki, məsələ yubanmdan həllini tapacaq.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...