"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Fazil Mustafa da “Gülən”çidir?

Share Button

Millət vəkilinin ittihamlara cavabı…

“Nurçuluq və ya Gülən camaatı məsələsinə münasibətə gəlincə, islam dini içində hər hansı məzhəb, təriqət, camaat quruluşlarına qarşı münasibətim mənfidir və bu barədə elmi-tədqiqat əsərlərimdə və ayrı-ayrı məqalələrimdə açıq mövqeyimi bildirmişəm”.

 “Din.az” “axar.az”a istinadən xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa ona qarşı sosial şəbəkədə bir istifadəçinin “Gülən camaatını vaxtilə təmsil edən şəxs” ittihamına cavab olaraq bildirib. Millət vəkili qeyd edib ki, vəhabilik də, şiəlik də, ələvilik də, nurçuluq da, habelə təriqət və camaat kateqoriyasına aid edilə bilən hər hansı quruluş da islamın bütövlüyünü pozan təzahürlərdir və bu cinahlara yönələn insanlar islam qədər kamil bir əxlaq dininin mahiyyətinin təhrif olunmasına xidmət edirlər:

“Yalnız məktəblər məsələsinə münasibətim fərqlidir, çünki Türkiyə adına burada açılmış əksər dünyəvi təhsil verən məktəblərin varlığına müsbət yanaşıram. İstər Dəyanət Vəqfinin, istər mərhum Turan Yazqanın məktəblərinin, Anadolu, Atatürk məktəblərinin, istər də “Çağ” öyrətimin və Qafqaz Universitetinin təhsilimizin inkişafına müsbət təsir göstərdiyini açıq şəkildə dəfələrlə bəyan etmişəm. Həm də vurğulamışam ki, Türkiyədə terorra qarışmış Gülən camaat üzvləri ilə Azərbaycan övladlarına keyfiyyətli təhsil vermiş sadə və vicdanlı müəllimləri eyni tərəziyə qoymaq düzgün olmaz. Bu məktəblərin Əbülfəz Elçibəyin və Heydər Əliyevin hakimiyyətləri dövründə ona görə açılmasına imkan yaradılıb ki, bunlar Gülən camaatı adına deyil, Türkiyə adına açılıb. Xatırladım ki, Türkiyənin o dövr bütün baş nazirləri və prezidentləri də bu məktəbləri açıq şəkildə himayə ediblər. Digər tərəfdən, həm mərhum Elçibəy, həm də mərhum Heydər Əliyev dövlət adamı kimi gözəl bilirdilər ki, Türkiyədən gələn məktəb şəbəkəsinə qapını bağlasalar, bu boşluğu tam şəkildə İranın və Rusiyanın təhsil şəbəkəsi doldurmuş olacaqdı. Dolayısı ilə Azərbaycan cəmiyyətinin Türkiyədə baş verən proseslərə qarışdırılmasının, müğənnilərin, siyasətçilərin, iş adamlarının kampaniyaçılıq dalğasında haqsız hücumlara məruz qalmasının nə qədər yanlış olduğu az keçməmiş üzə çıxacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir