Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fazil Mustafa: “Edam qərarı Allahın iradəsinə qarşı çıxmaq sayılmaz”

“Bəzi cinayətlərə görə edam hökmünün olması bəlkə də zərurətdir”.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ölkədə edam hökmünü bərpa etməyə hazır olduğunu bildirib.

Bu mövzu dəfələrlə müxtəlif səviyyələrdə dartışılıb və yenidən Ərdoğanın dilindən gündəmə gəlib.

Ümumiyyətlə edamı ən ağır cəza növü hesab edirsinizmi və edam qərarı doğrudanmı Allahın iradəsinə qarşı çıxmaqdır?

Din.az bildirir ki, Moderator.az -ın bu sualını millət vəkili Fazil Mustafa cavablandırıb. Millət vəkili qeyd edib ki, bəzi cinayətlərə görə edam hökmünün olması bəlkə də zərurətdir:

“Edam təbii ki, ən ağır cəza növüdür. Lakin bu Allahın iradəsinə qarşı çıxmaq sayılmaz. Çünki, törədilən əməlin ağırlığına görə ölüm hökmü Quranda da nəzərdə tutulur. Elə cinayətlər var ki, bunun alternativ cəza növünü tapmaq çətindir. Məsələn, azyaşlı uşağı öldürmə, təcavüz etmə, hamilə qadını öldürmə və s. kimi cinayətlərə görə edam hökmünün olması bəlkə də zərurətdir. Hər halda Ərdoğanın da bu məsələdə belə sərt cəza barədə qəti mövqe ortaya qoyması cəmiyyətin tələbi ilə üst-üstə düşən rəyin formalaşması ilə əlaqələndirilə bilər.”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...