Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

FAZİL MUSTAFA: “ƏTAĞANIN CƏDDİ”NƏ AND İÇƏNLƏR…”

“Bir yerdə “Allah haqqı” deyir. Dalınca “Quran haqqı”, “İmam haqqı”, “Anamın qəbri”….

“Mən cəmiyyətimizin problemlərinin əhəmiyətli hissəsinin birbaşa insanların ikili (dualist) inanc sisteminə sahib olmasında görürəm. Əslində bu, ədalət, halallıq, doğruluq, faydalılıq kimi keyfiyyət əmsalımızın sabit dəyərlərə çevrilməməsinə rəvac verən amildir”.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.


Deputat qeyd edib ki, həmişə adamların nəyə and içdiklərinə diqqət yetirir: “Bir yerdə “Allah haqqı” deyir. Dalınca “Quran haqqı”, “İmam haqqı”, “Anamın qəbri”, “Qardaşımın qərib ruhu”, “Ətağanın cəddi”, “O pir haqqı” və s. and kəlimələri gəlir. İnandırmaq üçün bir çox hallarda “Gətir əlimi Qurana basım”, “Bu çörək haqqı”, “Bu duz haqqı” deyirlər. Bunlar əslində sıradan və vərdişlə xatırlanan andlar deyillər. Əsrlər boyunca xalqın şüuraltında yer alan dualizm elementlərinin dillə ifadə olunan təzahürləridir. Əslində bir çoxlarımızın şüuraltında Allahla, yəni Yaradanla bərabər statusda, Quran var, imam var, kiminsə cəddi var, hansısa pirin qorxusu var. Əsrlərdir bu cəmiyyətin əhəmiyyətli hissəsi Yaradana inancı Quran, imam, pir, seyid, çörək, duz obrazlarında maddiləşdirə bilib, bir çox hallarda gözlə gördüyünə olan inam və qorxu Allaha inamı və qorxunu üstələyə bilib. Çətinə düşəndə isə işlətdiyimiz kəlimələr var: “Allah görür” və ya “Balıq da bilməsə, Xaliq bilər”. Demək ki, yalnız “Allah görür” məntiqi ilə həyata baxanda doğruluq, halallıq, faydalılıq, xeyirxahlıq kimi keyfiyyətlər sənin üçün sabit bir dəyərlər toplusuna çevrilir. Çünki anlayırsan ki, hətta özünlə yalnız qaldığında belə, əgər Allah görürsə, başqa cür davranmaq şansın yoxdur. Ancaq maddi obrazda gördüyün Quran kitabından, pirdən, seyiddən, imamın şəklindən, yaxınlarının qəbrindən kənarda özün gördüyünlə kifayətlənirsən və özünü yanlış əməllərinlə aldatdığının fərqində olmursan”.

Fazil Mustafa bildirib ki, sabit əxlaq dəyərlərinə sahib insan üçün “Allah haqqı”ndan başqa alternativ andlar düşünmək, inanc kodunu zədələməyə, ikili, tərəddüdlü duyğuların yaranmasına yol açır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...