Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”

“Milləti də gözəl bilir ki, bizim bu dövlətdən, bu millətdən başqa qibləgahımız yox!”

“Sərdar Cəlaloğlu iddia edir ki, Fazil Mustafanın FETO-çu olduğunu sübut edəcəyəm. Bu cür iddiada olanlara indi və bundan sonra da qısa və açıq mesajımı göndərirəm: öz adıma deyirəm, FETO-çu olan namussuzdur, nakişidir”.

Din.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa sosial şəbəkədə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun ünvavnıa səsləndirib.

“Dəfələrlə bu böhtanı səsləndirən Sərdar Cəlaloğlu da bunu sübut etməsə namussuzdur, nakişidir. Deyir ki, bu barədə bir dəfə yazmaq istədim MTN-ə, dostlar qoymadı. Ay-hay. Sən satdığın adamlar haqqında məlumatları yazanda dostları eşidəydin bari… İndi isə fürsətdir, bütün qurumlara yaz, araşdır, incələ. Bir dəfə bu adama söyləmişdim, sən gündə bir dəfə üzünü yuyursan, mənsə azı beş dəfə ayağımı. Ayağım belə sənin üzündən çox-çox təmizdir. Azərbaycan dövləti də, milləti də gözəl bilir ki, bizim bu dövlətdən, bu millətdən başqa qibləgahımız yox!”,-deyə Fazil Mustafa bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...