Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

FAZİL MUSTAFA İlahiyyat İnstitutunun yaradılması haqqında prezident sərəncamını ŞƏRH ETDİ…

“Bu sərəncam savadlı və ölkə maraqlarına xidmət edən ilahiyyatçıların ixtisas üzrə yetkin təhsil almasını nəzərdə tutur”.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq, Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.

Din.az bildirir ki, millət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında sərəncamı aşağıdakı kimi şərh edib:

“Ölkə prezidentinin bu sərəncamı savadlı və ölkə maraqlarına xidmət edən ilahiyyatçıların ixtisas üzrə yetkin təhsil almasını nəzərdə tutur. Bu İnstitutun müvafiq dövlət qurumunun tabeliyinə verilməsi də məqsədəuyğun sayılmalıdır. Çünki burada bilgili kadrların yetişdirilməsi ilə yanaşı, həm də dövlətin din siyasətinə uyğun kadr bazasının yaradılmasından söhbət gedir. İlahiyyat fakultəsinin fəaliyyəti məhdudlaşdırılandan sonra belə bir instititun yaradılması ilə həmin fakultənin də taleyini aydınlıq gətirildi. Ümid edirəm ki, bu fakultənin müsbət ənənələrinin də bu yeni təhsil müəssisəsində davamını görəcəyik. Burada xaricdən gələn filosofların və ilahiyyatçıların mühazirələrinin təşkil edilməsi, ənənəvi cəhalət və xurafat dinimizin təbliği yerinə gerçək İslam dəyərlərinin öyrədilməsi, məzhəblərüstü bir anlayışın hakim olmasını müşahidə edərsək, ölkə prezidentinin bu addımın faydalı nəticələrini qısa müddətə görə bilərik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...