Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fazil Mustafa: “Qızların təhsildən yayındırılması sonradan ailə faciələrinə səbəb olur”

“Abortlarla bağlı çalışan gizli həkim bandaları var”.

Milli Məclisin deputatı Fazil Mustafa təhsil eksperti Kamran Əsədovun “son 3-4 ildə Azərbaycanda abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb” açıqlamasına münasibət bildirib.

Din.az Modern.az-a istinadən bildirir ki, deputat “ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib, bu sahədə çalışan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər”,-deyib.

Fazil Mustafanın sözlərinə görə, cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir.

“Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birinii təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsiredici rol oynamır. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb konkret bir ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq”.

Xatırladaq ki, təhsil Eksperti Kamran Əsədovun “Son 3-4 ildə abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb. Abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir” açıqlaması cəmiyyətdə geniş müzakirələrə yol açıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...