Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fazil Mustafa necə dindar oldu?

“Uydurulmuş dini təmsil eləyənlərin nüfuzu, cəmiyyətə təsir imkanları daha böyükdür”.

“Din.az” saytı tanınmış şəxslərin dini fikirlərini təqdim etdiyi layisəni davam etdirir.

Ötən dəfə Elməddin Cəfərovla olan müsahibəni təqdim etmişdik. Aldığımız elektron məktublar və zənglərdən məlum oldu ki, müsahibə çox rəğbətlə qarşılanıb. Rəğbətlə seyr edilən aktyorun səmimi dindarlığını ilk dəfə öyrəndilər.

“Din.az” bu dəfə siyasi sferada maraqlı çıxışları və daim məsələlərə öz sözü və fikirləri ilə aydınlıq gətirən Milli Məclisin deputatı Fazil Mustafa ilə olan maraqlı müsahibəni təqdim edir.

Siz bu söhbətdə millət vəkilinin necə dindar olduğunu, din haqqındakı düşüncələrinin şahidi olacaqsınız.

Elşad Mirinin Fazil Mustafa ilə olan müsahibəsindəki maraqlı məqamların xülasəsini qısa şəkildə nəzərinizə çatdırırıq:

  • “İndiki mövcud görünüş ilə mənim İslama münasibətin mənfi olub” şəklində sualı cavablandıran millət vəkili bu səbəbdən daha sonra ibadətini dayandırıb. Müsahibənin davamında Fazil Mustafa İslamla bağlı gördüyü yalnışları və doğruları aşağıdakı şəkildə onu sevənlərlə paylaşıb:
  • “Peyğəmbərin əxlaqını götürə bilməyənlər onun geyimini götürür”.
  • “Uydurulmuş dini təmsil eləyənlərin nüfuzu, cəmiyyətə təsir imkanları daha böyükdür”.
  • “Amma bu formada təqdim olunan dinin qarşısında dinsiz olmaqdan başqa yolum qalmır”.
  • “Bu gün də biri gəlib desə ki, ölü dirildəyəcəm, yenə Azərbaycan cəmiyyətində buna inanan insanlar var”.
  • “Biz İran dininin rəzaləti içində uzun illər İslam anlayışından uzaq düşmüşük”.
  • “Gedib pirlərə, övliyaların qəbri deyilən yerdə instituta qəbul olmaq üçün, yaxud da evlənmək üçün dualar edirlər”.
  • “Biz ənənəvi İslamdan qurtulmalıyıq, bu bizim faciəmizdir”.

“Din.az” həlim, səlits və savadlı danışıq tərzi ilə sevilən millət vəkili Fazil Mustafanın müsahibəsini təqdim edir. Fazil Bəyin İslam və cəmiyyətimizlə bağlı daha maraqlı fikirlərinə tam olaraq  videomüsahibədə baxa bilərsiniz:

MÜZAKİRƏ

3 şərh Fazil Mustafa necə dindar oldu? üçün

  1. Vadar dedi:

    Allah hər ikinizin elmin bərəkətləndirsin! Çox sağolun bu gözəl müsahibəyə görə!!!

  2. Shahmar dedi:

    Dinin nə olduğunu yenə cəsarət edib ifadə etmədiz.

    Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına! 2\79
    Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz. 7\3
    Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. 31\21

    Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan.
    Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız. 89\43-44
    Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! 3\103
    Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. 3\105
    Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik. 4\174

    Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı hədislərər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et. 6\112
    De: “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” 6\114
    Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. 6\115

    Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.\116

    Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək.
    Bir sözlə Din quranda əmr olunan dindir. Muhəmmədin vəfatindan 3\4 əsr sonra hekayələr üzrə inşa edilmiş din deyildir. Bu ifadəni açiq demədikcə həqiqəti tam çatdirmamiş olursuz

  3. ramazan dedi:

    ibadeti dayandirib ne demek.yeni bes ALLAhla baqladiqi ehdi pozur,men musalmanam deyib,verdiyi sozu yerine yetirmi

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...