Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fələstin Azadlıq Təşkilatı hökuməti İsraillə bütün əlaqələri kəsməyə çağırıb

İsrail Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə davam edir.

Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsi hökuməti İsraillə bütün əlaqələri kəsməyə çağırıb.

Din.az APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İcraiyyə Komitəsi Fələstin hökumətini İsraillə siyasi, idarəçilik, iqtisadi və təhlükəsizlik səviyyədə əlaqələri dərhal və tamamilə kəsməyə çağırıb.

Fələstin Azadlıq Təşkilatı həmçinin BMT-yə müraciət edərək Qüdsü paytaxtı elan etmiş İsraili tanımaqdan imtina etməyə çağırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...