Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fələstin Dövlətinin Xarici İşlər naziri: “Fələstinin mövcudluğu təhlükə altına düşüb”

“İsrail iki dövlətin yanaşı olmasını təhlükə altında qoyan addımlar atır”.

“Fələstin problemi ağır olaraq qalır, beynəlxalq hüququn norma və prinsipləri bu problemin həllində nəzərə alınmır”.

Din.az APA-ya istinadən bildirir ki, bunu Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Fələstin Dövlətinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib.

O qeyd edib ki, Fələstinin mövcudluğu təhlükə altına düşüb: “BMT Nizamnaməsinə, qəbul edilən qərarlara baxmayaraq, İsrail iki dövlətin yanaşı olmasını təhlükə altında qoyan addımlar atır, qanunsuz məskunlaşdırma siyasəti aparır. Beynəlxalq hüququn tələbləri yerinə yetirilmir və bu, gələcəkdə daha böyük təhlükə yarada, milyonlarla müsəlman, yəhudi və xristian arasında uçuruma səbəb ola bilər. Fələstinin hüquqları danılmamalı, qəbul edilməlidir. Beynəlxalq aləm İsrailin hərəkətlərinə qarşı səssiz qalır. İsrail tərəfindən Qüdsün tam ələ keçirilməsi problemin siyasi yolla həllinin qarşısını alır. Beynəlxalq hüquq bərpa olunmalıdır. Belə olmasa, gələcəkdə normal həyat tərzi haqqında danışmağımız mümkün olmayacaq. Fələstin Prezidenti Mahmud Abbas təklif edib ki, siyasi etimad prosesi başladılsın. Çünki hazırda işğal edilmiş ərazilərdə vəziyyətdə çox həssasdır. Həmin ərazilərdə sülh quruculuğu işləri aparılmalıdır. Belə olan halda İsrailin Fələstinə təzyiqinin qarşısını almaq olar”.

Riyad əl-Maliki qeyd edib ki, Fələstin Qoşulmama Hərəkatının üzvü kimi üzərinə düşən vəzifəni yerinə yetirəcək, Hərəkatın prinsiplərindən çıxış edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...