Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Fələstin Futbol Federasiyasının rəhbəri Messini İsrail ilə oyundan imtina etməyə çağırıb

“Messi, gəlmə. İrqçiliyə bəraət qazandırma”…

Fələstin Futbol Federasiyasının (FFF) prezidenti Cibril Racub ərəb və müsəlmanları İsrail yığması ilə yoldaşlıq görüşündə iştirak edəcəyi təqdirdə Argentina millisi və “Barselona” klubunun hücumçusu Lionel Messinin foto və futbolkalarını yandırmağa çağırıb.

Din.az “Report”a istinadən xəbər verir ki, Racub bu bəyanatla Rəmallahda Argentina nümayəndələrinin olduğu ofis yaxınlığında keçirilən nümayişdən sonra çıxış edib.

FFF rəhbəri Argentina tərəfini İsrail ilə matçdan imtina etməyə çağırıb.

“Messi, gəlmə. İrqçiliyə bəraət qazandırma”, – deyə o bildirib.

İsrail və Argentina milli komandaları arasında yoldaşlıq görüşü iyunun 9-da Qüdsdə keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...