Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fələstin İsraillə imzalanmış sazişlərə xitam verilməsi üçün komissiya yaradıb

Komissiya 1993-cü ildən bəri İsraillə imzalanmış sazişlərə baxacaq.

Fələstin İsraillə imzalanmış sazişlərə xitam verilməsinə dair qərarların icrası edilməsi üçün komissiya yaradıb.

Din.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Azadlıq Hərəkatının İnqilab Şurasının sədri Məcid Əl-Fətyani deyib.

Əl-Fətyani bildirib ki, komissiya 1993-cü ildən bəri İsraillə imzalanmış sazişlərə baxacaq.

Qeyd edək ki, iyulun 25-də Fələstin lideri Mahmud Abbas Yerusəlim (Qüds) ətrafında yerləşən Fələstin kəndi, Vadi Humusda israillilərin söküntü işləri aparmasına cavab olaraq İsrail tərəfi ilə imzalanmış sazişlərin dayandırılmasına qərar verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...