Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fələstin səfiri ABŞ-dan qovuldu

“Səfirin bank hesabı dondurulub, kredit kartı isə ləğv edilib.”

Fələstinin Vaşinqtondakı diplomatik missiyasının başçısı Husam Zomlotun və onun ailəsinin ABŞ-da yaşamaq üçün icazəsi ləğv edilib.

Din.az bildirir ki, bu barədə bazar günü, sentyabrın 16-da, “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Bundan əlavə səfirin bank hesabı dondurulub, kredit kartı isə ləğv edilib.

Qeyd edək ki, sentyabrın 13-də Zomlot Twitter sosial şəbəkəsində öz hesabında “Amerika xalqına” müraciət ünvanlayıb. O, Vaşinqtondakı Fələstin diplomatik nümayəndəliyinin bağlanmasının “qisas aktı” adlandırıraq bildirib ki, təmsil etdiyi struktur seçim qarşısına qoyulub: Vaşinqtonla münasibətləri pozmaq və ya bir millət kimi öz hüquqlarından imtina etmək.

Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Arikat Tramp administrasiyasının bu qərarını “təhlükəli eskalasiya” adlandırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...