Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fələstin səfiri: “Müsəlman dünyası BMT qətnamələrinin bərabər şəkildə icrası üçün çağırış edir”

“Ümməmizin İslamın adına ləkə gətirən bədxah və cahil qüvvələri məğlub edəcəyi günün yaxınlaşmasını arzu edirik”.

“Müsəlman ümməti Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həllini dəstəkləyir və bu məsələdə Azərbaycanın yanındadır, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrin seçmə üsulu ilə yox, bərabər şəkildə icrası üçün çağırış edir”.

Din.az bildirir ki, bunu Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim mayın 17-də Prezident İlham Əliyev tərəfindən müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərinin qəbulu zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın sülhün, inklüzivliyin və hörmətin üstünlük təşkil etdiyi, müxtəlif dinlərin nümayəndələrinin bir-biri ilə harmoniya içində yaşayıb-çalışması ilə İslamın həqiqi ruhunu nümayiş etdirən parlaq ulduzlardan biri olması danılmazdır: “Bunu müşahidə etmək zövq verir. Beləliklə, dünyanın müxtəlif guşələrindən olan qonaqlar çox müsbət təəssüratlarla öz evlərinə qayıdır, Azərbaycan və İslam haqqında məlumatlar onların yaddaşına həkk olunur”.

“Bu müqəddəs ayda biz bütün işğal olunmuş müsəlman ərazilərinin və müqəddəs yerlərin öz həqiqi sahiblərinə qayıdacağı, ümməmizin İslamın adına ləkə gətirən pis, bədxah və cahil qüvvələri məğlub edəcəyi və bununla da bəzi ölkələrimiz üzərində olan qara buludların çəkiləcəyi, habelə qardaş ölkələrimiz arasında birlik və harmoniyanı bərqərar etmək üçün fikir ayrılıqlarının aradan qaldırılacağı günün yaxınlaşmasını arzu edirik. Bu da bizə innovasiya və tərəqqidə bəşər sivilizasiyasına mühüm töhfə verən tərəf kimi öz həqiqi yerimizi tutmağa imkan verəcəkdir”, – deyə səfir qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...