Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

FƏLƏSTİN ŞƏRT QOYDU: İsraillə danışıqlara gedirik…

“Danışıqların məkanı kimi Soçi, yaxud Moskva seçilə bilər”.

Üçüncü tərəfin vasitəçiliyi olarsa, Fələstin İsrail hökuməti ilə birbaşa sülh danışıqlarına hazırdır.

Din.az xəbər verir ki, bu sözləri Fələstinin Xarici İşlər naziri Riyad Maliki deyib.

O bildirib ki, danışıqların məkanı kimi Soçi, yaxud Moskva seçilə bilər:

“Biz düşünürük ki, Qüdsdə keçiriləcək 15 dəqiqəlik danışığın bizə faydası dəyməyəcək. Hesab edirik ki, Soçi, yaxud Moskvada danışıqlar keçirilsə, müsbət nəticələr əldə edilmiş ola bilər. Əgər Netanyahu bunu istəyirsə. Uçuş 3 saatdan artıq davam etmir və o, Putin və Rusiya xalqının qonaqpərvərliyindən məmnun qalacaq”. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...