Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fələstin və İsrail arasında “SÜLH OYUNU” keçiriləcək

Sərhəddə “Kalaşnikov”ların əvəzinə şahmat” şüarı…

Dünya Şahmat Federasiyası (FİDE) İsrail və Fələstinin gənc şahmatçıları arasında “Sülh matçı”nın təşkili üzərində işləyir.

Din.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Dünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov “RİA-Novosti” agentliyinə bildirib.

O, bu gün “dünya matçı”nın yeri, vaxtı və başqa detallarının uyğunlaşdırılması üçün İsrailə gəlib. Onun fikrincə, matç münaqişə tərəfləri arasındakı sərhəddə “Kalaşnikov”ların əvəzinə şahmat” şüarı ilə keçirilə bilər.

“Mən İsrail və Fələstinin şahmat federasiyalarına İsrail və Fələstin sərhədində sülh matçını keçirməyi təklif etdim. Divarın olduğu ərazidə min İsrail və min Fələstin uşağının oynayacağı min şahmat lövhəsi qoymaq olar”, – agentliyin həmsöhbəti deyib.

İlyumjinov xatırladıb ki, ötən “sülh matçı” Moldova və Dnestryanı ərazisi arasında olub.

“Daha bir matç 38-ci paraleldə Pxenyan və Seuldan olan yüz uşaq arasında olacaq”, – o söz verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...