Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fələstində 3 günlük “Qəzəb Günü” elan edildi

Fələstinli qruplar xalqı etiraz etməyə çağırdılar.

Fələstinli müqavimət qrupları xalqı meydanlara səslədi
Din.az bildirir ki, HƏMAS başda olmaqla, Fələstindəki müqavimət qrupları ABŞ-ın İsrail rejiminin paytaxtı Təl-Əvivəki səfirliyini Qüds köçürərək, bu şəhəri rejimin paytaxtı kimi tanıyacağı məlumatından sonra 3 günlük “Qəzəb Günü” elan ediblər.

Fələstinli qruplar Qərbi Şəriya və Qəzzadakı bütün Fələstin xalqını bu addıma etiraz etmək üçün meydanlara səsləyib. HƏMAS-dan verilən bəyanatda bütün dünya ölkələrində Fələstinə dəstək olan şəxslərdən ABŞ və İsrail rejimi əleyhinə kütləvi aksiyalara başlamaq istənilib.

Xatırladaq ki, bir neçə saat öncə ABŞ prezidenti Donald Tramp Mahmud Abbas və İordaniya kralı II Abdullaha zəng edərək ABŞ səfirliyini Qüdsə köçürəcəkləri ilə bağlı onları məlumatlandırıb. / İslamazeri.com

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...