"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Fələstində dağıdılan 45 məscid təmir edildi

Share Button

İsrail təmir işlərinə mane olur…

Qüds və ətrafındakı “Osmanlı Mirasını Qoruma və Yaşatma Dərnəyi”, Qüds başda olmaqla Fələstində 45 tarixi məscidi və 70-dən çox tarixi binanın təmir işlərini tamamlayıb.

“Din.az” xəbər verir ki, “Mirasımız Dərnəyi”nın səlahiyyətli şəxslərindən Xalis Mutlu verdiyi açıqlamada, işğalçı hökumətin bəzi qanuni səbəblərə dayanaraq başda ibadət yerləri olmaqla tarixi yerlərə əl qoyduğu diqqət çəkib.

İşğalçı hökumətin istifadəsiz halda olduğunu əsas göstərərək pis vəziyyətdə olan məscidlərə əl qoyulduğunu bildirən Mutlu, “İsrailin “itkin mülklər” qanunu var. Bu qanuna əsasən, sahibsiz olaraq dəyərləndirilən tikililərə əl qoyulur, dağıdılır və ya pulla alınır. Bu şəkildə çoxlu sayda məscid dağıdıldı, evlər isə satıldı. Biz də əlimizdən gəldiyi qədər işğalın yol açdığı sahibsiz və baxıma ehtiyacı olan tikililəri təmir etməyə çalışırıq” deyib.

İsrail təmir işlərinə mane olur…

Qüds və Hayfada təmir edilməyən və ya edilməsinə izin verilməyən çoxlu sayda ibadət evlərinin olduğunu bildirən Mutlu, Fələstin xalqının bu tikililəri bərpa edəcək maddi gücünün olmadığını söyləyib. Mutlu, İsrail hökumətinin təmir işləri mövzusunda davamlı olaraq maneə yaratdığını da ifadə edib.

Başda Qüds və Hayfa olmaqla Fələstinin bir çox bölgəsində təmir işlərinin tamamlanması üçün işğalçı rejimin vaxt verdiyini və bu müddət ərzində tamamlanmazsa tikililərin dağıdılacağını qeyd edən Mutlu, “İsrailin icazə verdiyi yerlərin bərpasını tamamlamışıq. Hayfa şəhərində Hayfa Ulu Məscid bunlardan biridir. Bu məscid Osmanlı dövrünün sənət əsəridir və böyük bir məsciddir” deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir