Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fələstində matəm elan olundu

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib.

Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib.

Din.az bildirir ki, bu barədə Fələstinin “Wafa” agentliyi xəbər verib.

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, yüzlərlə insan xəsarət alıb.

Bu gün Qəzza zolağında ənənəvi “Torpaq günü”nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər. / Apa.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...