Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fələstindən Beynəlxalq Haqa Məhkəməsinə şikayət: “ABŞ hüquqi normativləri pozur”

“Qüdsdə açılmış səfirlik Fələstinin ərazi bütövlüyünə ziddir”.

Fələstin ABŞ-ın beynəlxalq müqaviləyə riayət etmədiyini səbəb göstərərək Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) şikayət edib.

Din.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin mərkəzi Haqadan verilən açıqlamalarda bildirilib.

Açıqlamalarda Fələstin tərəfinin, ABŞ-ın beynəlxalq razılaşmalara riayət etməməsi və həmçinin Qüdsdə açılmış səfirliyinin onların ərazi bütövlüyünə zidd olması məsələlərini qabartdığı qeyd edilib.

Fələstin tərəfi, ABŞ-ın Qüdsdə səfirlik açmasının 18 Aprel, 1961-ci ildə imzalanmış Vyana anlaşmasına zidd olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trumpun 6 Dekabr, 2017-ci il tarixində Qüdsü İsrailin paytaxtı kimi tanımış və ölkəsinin Tel Əvivdəki səfirliyini Qüdsə köçürmək barədə qərar qəbul etmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...