Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Fələstinin xarici işlər naziri Türkiyəyə səfər edəcək

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərar müzakirə olunacaq.

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Türkiyəyə səfər edəcək.

Din.az bildirir ki, bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, R.əl-Malikinin səfəri türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə fevralın 2-3-ü baş tutacaq.

Səfər zamanı tərəflər arasında Fələstinlə Türkiyə arasında münasibətlərin inkişafı, eləcə də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərar müzakirə olunacaq.

Qeyd edək ki, ötən ilin dekabrında ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan etmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...