Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Fələstinli daş atdı, dünyaca məşhurlaşdı – FOTO

“Xalqı arxasınca aparan Azadlıq”…

Ötən həftənin bazar ertəsi fotosu çəkilən fələstinli Aed əbu Əmro indi dünyaca məşhurdur. Onun fotosu sosial şəbəkələrdə sürətlə yayılır.

Din.az bildirir ki, Fələstinin Qəzza bölgəsində keçirilmiş etiraz aksiyasında çox parlaq obraz yaranıb. Bir əlində sapand, o biri əlində Fələstin bayrağı tutmuş əbu Əmronun məşhurlaşan fotosunu “Anadolu” agentliyinin fotoqrafı Mustafa Hasuna çəkib.

Sosial şəbəkələrdə bu fotonu 19-cu əsrin məşhur fransız rəssamı Ejen Delakruanın “Xalqı arxasınca aparan Azadlıq” əsərinə bənzədirlər.

20 yaşlı Aed əbu Əmro Al Jazeera telekanalına müsahibə verib.

Qəzza bölgəsinin İsraillə sərhədinin yaxınlığındakı Əl Zeytun şəhərində yaşayan Aed əbu Əmronun dediyinə görə, hər bazar ertəsi və cümə günləri etiraz aksiyalarına qatılır.

“Fotomun belə məşhurlaşmasından xəbərim yoxdu. Özümlə həmişə Fələstinin bayrağını aparıram. Dostlarım deyirlər ki, bir əldə bayraq tutub sapandla daş atmaq rahat deyil. Amma mən öyrəşmişəm”, – Əbu Amro deyib.

Foto Qəzza bölgəsinin şimalında, Beyta Lahiyada çəkilib.

Fotonun Delakruanın əsərinə bənzədiyinə ilk diqqət çəkən Londondakı Yaxın Şərq və Afrika Tədqiqatları Universitetinin (School of Oriental and African Studies, SOAS) professoru Laleh Xəlili olub.

Fələstinin Qəzza bölgəsinin İsraillə sərhədləri boyu mart ayından bəri etiraz aksiyaları keçirilir. Bu aksiyalar başlanandan üzübəri 217 dinc fələstinli və bir israilli əsgər həlak olublar. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...