Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fələstinli əsirlərin sionistlərə qarşı zəfəri

İsrail rejimi əsirlərin tələblərini qəbul etmək məcburiyyətində qaldı.

Fələstinli əsirlərin aclıq aksiyasının təsirli olduğu, İsrail rejiminin əsirlərin tələblərini qəbul etmək məcburiyyətində qaldığı bildirilib.

Fələstinli əsirlərin aclıq aksiyasının təsirli olduğu, İsrail rejiminin əsirlərin tələblərini qəbul etmək məcburiyyətində qaldığı bildirilib.

Din.az xəbər verir ki, fələstinli əsirlərin işləri ilə maraqlanan “əl-Əsirə” hərəkatı sonda İsrail həbsxanaları idarəsini fələstinli əsirlərin tələblərini ehtiva edən bir razılaşmanı imzalatmağı bacarıb.

Fələstinli əsirlər tələblərinin yerinə yetirilməsi üçün aclıq aksiyasına başlamış, tətil səkkiz gün davam etmişdi.

Bu əsirlərin dörd əsas istəkləri var idi. Bunlar, ailələri ilə ünsiyyət qura bilmək, həbsxanalarda ünsiyyət əsnasında görüşləri ləngidən müdaxilələri dayandırmaq, ailələri ilə görüşə bilmək və əsirlərə qarşı olan bütün cəzaları ləğv etməkdən ibarət idi.

İsrail zindanlarında aralarında 24 qadın və 250 uşağın da olduğu təxminən 6 min fələstinli əsir var. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...