Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fələstinli futbolçu Messinin komandasından dəstək istədi

“İsraillə planlaşdırılan matçı boykot etməyə çağırıram”.

Fələstinli futbolçu Məhəmməd Xəlil Argentina millisindən dəstək istəyib.

Din.az xəbər verir ki, futbolçu cənubi amerikalıları iyunun 9-u Hayfada İsrail millisi ilə qarşılaşmadan imtina etməyə səsləyib.

“Argentina millisini bizimlə həmrəylik nümayiş etdirib İsraillə planlaşdırılan matçı boykot etməyə çağırıram. İsrailin Qəzzada dinc etirazçıları öldürməsinə heç bir bəraət yoxdur” – fələstinli futbolçu deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını elan edəndən bəri İsrail Qəzzada 102 fələstinlini öldürüb, yüzlərlə yaralanan var. Xəlilin özü dizindən yaralanaraq karyerasını bitirməyə məcbur olub. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...