Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fələstinli iş adamından Türkiyəyə dəstək: 800 min dollarını lirəyə çevirdi

Müsəlman iş adamı türk lirəsini dəstəkləmək üçün bu addımı atdı …

Fələstinli iş adamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışına əməl edərək 800 min dollarını türk lirəsinə çevirib.

Din.az bildirir ki, Anadolu Agentliyinə açıqlama verən Cihad Şamiyyə adlı iş adamı bir fələstinli olaraq Türkiyənin etdiklərinə az da olsa gözəl bir qarşılıq vermək istədiyini deyib.

Türk lirəsini dəstəkləmək məqsədilə bu addımı atdığını deyən iş adamı heç də peşiman olmadığını bildirib: “Bir insanın vətəninin olması əvəzolumaz faktdır. Dollarla bir vətən inşa edilməz. Vətən həqiqətən çox qiymətlidir. Əgər vətənə zərər dəysə, əldəki malın, dolların nə faydası var?”

Şamiyyə Türkiyənin çox gözəl bir ölkə olduğunu vurğulayıb: “Sizin çox güclü lideriniz var. Bütün xalqlar sizinki kimi bir prezidentinin olmasını istəyər. Türkiyə heç bir şərtsiz fələstinliləri qəbul etdi. Türk xalqından ancaq sevgi və dəstək gördüm. Hər kəs Türkiyənin yanında olmalıdır. Allah Rəcəb Tayyib Ərdoğanı və bütün böyüklərimizi qorusun”. /publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...