Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

FƏLƏSTİNLİ İSRAİLİN MİLYON DOLLARLIQ TƏKLİFİNİ RƏDD ETDİ – VİDEO

Bu mağazanın altından Məscidi-Əqsaya tunellər gedir.

Bir fələstinli İsrailin 24 milyon dollar təklifinə baxmayaraq, Məscidi-Əqsaya gedən tunellərin üzərində yerləşən mağazasını satmır.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, fələstinli Talha Uğurluel haqqında Qüdsə səfər edən türk müxbir reportaj hazırlayıb və fikirlərini bu şəkildə təqdim edib:

“Bu mağazanın altından Məscidi-Əqsaya tunellər gedir, ancaq mağaza sahibi israilli məmurların 24 milyon dollarlıq təklifini rədd edir. Bizim ölkəmizdə “fələstinlilər İsrailə torpaqlarını satdı” deyən şəxslər var. Fələstinlilər torpaqlarını satmadı. İsrailin əldə etdiyi torpaqlar 1948 və 1960-cı illərdə yaşanan müharibələr zamanı diktator ərəb liderlərin fələstinlilərə dönüb baxmaması ilə ələ keçirilmiş torpaqlardır.

Bu mağazanın da özəlliyi burdakı 3 dövrü yaşamış olmasıdır. Bu səbəbdən israillilər hər gün təkliflərinə israrla davam edirlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...