Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Fələstinli qadınlar da İsrail rejiminə qarşı “marş” keçirəcək

Qəzza sektorunun sərhədində “Qadın marşı” keçiriləcək.

Bu gün Qəzzada “Qadın marşı” keçiriləcək.

Din.az xəbər verir ki, bu gün Qəzza sektorunun sərhədində “Qadın marşı” keçiriləcək. Marşda yalnız qadınlar iştirak edəcək.

Tədbir iştirakçıları bildiriblər ki, bu, “Böyük qayıdış marşı”nda iştirak edən fələstinlilərin İsrail rejimi tərəfindən qətlə yetirilməsinə qarşı dinc etiraz aksiyası olacaq.

Xatırladaq ki, rəsmi məlumatlara görə, “Böyük qayıdış marşı” zamanı 130-dan çox fələstinli İsrail rejimi tərəfindən qətlə yetirilib, minlərlə insan isə yaralanıb.

“Qadın marşı”nın təşkilatçılarının müraciəti internetdə ərəb dili ilə yanaşı, ingilis və digər xarici dillərdə də yayılır. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...