Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Fələstinli uşaqlar İsrailə qarşı aksiya keçirtdilər – “Bizim də digər uşaqlar kimi…”

Uşaqlar aksiyada İsrailin hücumları nəticəsində ölən uşaqların fotolarını nümayiş etdirdilər.

Fələstindəki uşaqlar “Bizim də dünyadakı uşaqlar kimi yaşamaq haqqımız var” sloqanı ilə İsrailə qarşı aksiya həyata keçiriblər.

Din.az Metbuat.az-a istinadən xəbər verir ki, uşaqlar aksiyada İsrailin hücumları nəticəsində ölən uşaqların fotolarını nümayiş etdiriblər. Onlar İsrailin uşaqlara qarşı insanlığa zidd davrandığını vurğulayaraq Birləşmiş Millətlər Təşkilatına müraciət ediblər.
Onlar uşaqların təhsil, sağlamlıq, yetərli yaşam standartlarının İsrail tərəfindən pozulduğunu bildiriblər. Aksiyada təkcə 2019-cu ildə 27 uşağın həyatını itirdiyi qeyd edilib. Digər tərəfdən bildirilib ki, İsrail tərəfindən həbs edilən fələstinlilər arasında 220 azyaşlı mövcuddur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...