Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fələstinlilər səfirin maşınını daşqalaq etdilər

Cümə günləri fələstinlilər İsrail ilə sərhəddə etiraz aksiyaları keçirirlər.

Qəzza zolağında Qətər səfirinin korteji bir qrup etirazçı tərəfindən daşqalaq olunub.

Din.az bildirir ki, hadisə səfir Məhəmməd əl-Amadinin “Əl-Auda” düşərgəsinə səfəri zamanı baş verib.

Nəticədə qətərli diplomat oradan uzaqlaşmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, səfirin Qəzza zolağına səfəri Qətər dövləti tərəfindən anklavda dövlət qulluqçularına maaşların ödənildiyi günə təsadüf edib. Eyni zamanda hər cümə günü fələstinlilər İsrail ilə sərhəddə etiraz aksiyaları keçirirlər. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...