Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Fərqli mədəniyyət və dinlərə sahib gənclər Azərbaycanda – FOTO

Gənclərə rasimzm, miqrasiya və qaçqın problemi kimi mövzularda təlimlər keçirilib

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı “Beynəxalq Gənclər Düşərgəsi” keçirir.

“Din.az” xəbər verir ki, bu barədə Trend-ə qurumdan məlumat verilib.

Dünyanın müxtəlif ölkələrindən, fərqli mədəniyyət və dinlərə sahib gənclərin toplaşdığı düşərgə çərçivəsində iştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Heydər Əliyev Mərkəzi, bir sıra mədəni – tarixi abidələrlə tanış olublar. İştirakçılara Azərbaycanın zəngin mədəni tarixi, tanınmış şəxsiyyətləri barədə geniş məlumat verilib. Eyni zamanda multukulturalizm, tolerantlıq məkanı olan ölkəmizdə tarixən müxtəlif xalqların mədəniyyətlərarası, dinlərarası dilaloq və sülh şəraitində yaşadığı bildirilib.

Qeyd edək ki, bir həftə ərzində davam edən layihə çərçivəsində gənclərə rasimzm, miqrasiya və qaçqın problemi kimi mövzularda təlimlər, simulyasiya oyunları layihələrin idarə olunması ilə bağlı məlumatlar verilib. Layihənin öz işini 31 avqusta yekunlaşdırması nəzərdə tutulub.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...