Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Fəthullah Gülən orduda namaz və orucu qadağan edibmiş

Share Button

Kasıbların uşaqlarına hekayələr danşılaraq “beyni yuma” seansları keçirilib…

Paralel Yapı, TSK-ya (Türkiye Silahlı Kuvvetleri) sıza bilmək üçün maddi vəziyyəti pis olan ailələrin övladlarından istifadə edib. Fəthullah Gülən fövqəlbəşər hekayələrlə uşaqların beynini yuyaraq üzə çıxmamaları üçün namaz və orucu qadağan edib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İzmir Respublikası Baş Polis vəkili Okan Bato tərəfindən İzmirdəki hərbi casusluq iddiasındakı qaydasızlıqlarla əlaqədar icra edilən istintaqda, PDY-nin TSK daxilindəki qruplaşmanı aşkara çıxarıb.

Gizli şahid ifadələri, Paralel Yapı üzvlərinin TSK-ya sızma üsullarını və buna qarşı çıxan şəxslərin yerinə isə Paralel Yapı üzvlərinin yerləşdirildiyi ortaya çıxıb.

Hədəf Şiələr olub…

Paralel Yapı, TSK-ya sızmaq məqsədi ilə kasıb şiə uşaqlar ilə, maddi vəziyyəti pis olan ailələrin 12-13 yaşlarındakı ağıllı uşaqlarını dərs etmək bəhanəsi ilə tələyə salıb. Paralel Yapı məktəblərdən seçdiyi bu uşaqlara xüsusi evlərdə təşkilati ideologiyalarını təlqin ediblər.

Onlara günah yoxdur…

Paralel Yapı, uşaqlara təşkilatı ideologiyanı gücləndirmək üçün Fəthuallah Gülənin söhbət etdiyi videoları izlədib. Uşaqların itaət etmək duyğusunun inkişaf etdirilməsi üçün isə inanılmaz ssenari ilə hekayələr danşılaraq “beyni yuma” seansları keçiriblər.

TSK-dakı təşkilat üzvlərinə “qardaş”lıq edən Paralel Yapı üzvləri, Gülənin hər şeyi bilən, gecələri işıqlı evləri gəzən, eyni zamanda Kəbə və İstanbulda ola bilən Tayyi-məkan, gələcəyi görə bilən bəşəri özəlliklərinin olduğu kimi yalanla uşaqları aldadıblar.

Prokurorluğun araşdırmasına görə, Paralel Yapı üzvləri gizlənmək üçün uşaqlara hər şeyin doğru olduğunu, edilənlərdə heç bir yalnışlığın olamdığını təlqin edib. Paralel Yapının TSK-nın daxilindəki üzvlərinin aşkarlanmaması üçün hərbi məktəblərdə, şəxsi həyatlarında onlara namaz qılmamaları, oruc tutmamaları əmr edildiyi ortaya çıxıb.

Lazım olanda spirtli içki içib qızla sevgili olmalarına təlimat verən Paralel Yapıya işləyənlərə bu məqsədlə edilənlərin günah sayılmayacağı təminatının verildiyi də öyrənilib.

Milli layihələr sızdırıldı…

Hərbi məktəbdən məzun olacaq tələbələrə təşkilatda xidmət etmələri üçün general rütbəsindən tutmuş komandirliklərdə vəzifə alacaqlarına kimi vədlər verilib.

Bundan başqa, TSK-ya yerləşdirilən Paralel Yapı üzvlərinə “qardaş”ları tərəfindən içərisində uzaqdan daxil olmağa icazə verən casus proqramı olan yaddaşın rütbəli şəxslərin kompüterlərinə taxılması istənilib. Bu vasitə ilə qurumun kompüterlərindən “çox gizli” sənədlər ilə milli layihələr haqqındakı məlumatların sızdırılması, hətta şəkillərinin belə çəkilməsinin istənildiyi təsbit edilib.

İstintaq çərçivəsində əldə edilən məlumatlara görə, Paralel Yapı qorxu və təzyiq altında təşkilatın üzvü olmayanları tərəfinə çəkərək təşkilat adına hərəkət etməsini təmin edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir