Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Fəthullah Gülən qohumunu yumruq-təpiklə döydü

Share Button

Hüseyn Gülerce Şahid olduğu hadisəni danışdı

fft81_mf1893107Türkiyəli yazar Hüseyn Gülerce, Fəthullah Gülənin Cevdet Türkyolunu yumruq-təpiklə döydüyünə şahid olduğunu söylədi.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Gülən haqqında danışan yazar müxbirə açıqlama verərkən Fəthullah Gülənlə bağlı bir hadisəyə şahid olduğunu bildirdi və bunları söylədi:

“1995-ci ildə “Zaman” qəzetində müdir olan vaxt hörmət əlaməti olaraq İzmirə duasını almağa getdim. Telefonla zəng etdim və getdim. Hələ özü ilə üz-üzə qarşılaşmamışdıq. Yamanlar Kollecinin üst mərtəbəsində bir otaqda oturtdular. Bir anda gurultu qopdu. Qışqır-bağır… Mən də marağımdan çölə qaçdım. Gördüyüm səhnə bu idi: Gülən, yumruq-təpiklə birini döyürdü. Allah! Allah! Döydüyü insanı da tanıyırdım: Cevdet Türkyolu… Onun qardaşı qızı ilə evli idi. Təbiidir ki, mənim onu bu şəkildə görməyim ona çox pis təsir etdi. Mənsə şok yaşayırdım. Hərəkatın mənəvi lideri, ağırbaşlı, ciddi birisi… bizə səhabə əfəndilərimizi xatırladan insan evli birini döyürdü. Daha sonra süfrəyə oturduq və deyinməyə başladı: “Mən necə bir adamam” dedi”… “Evli-eşikli, oğul-uşağı olan bir adamı necə vura bilərəm?” dedi. Amma elə yumşaq vurmaq deyildi, əməlli-başlı yumruq-təpiklə döyməyə girişmişdi”.

“Əslində bu bir şok hadisədir. Mən bunu həyatımda ilk dəfə danışıram, heç vaxt danışmamışam. Bəlkə də haqqımda bu aralar çoxlu iftiralar yayır deyə, bu hadisəni danışmağa ehtiyac duydum”.

071220151212540844142_2

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir