Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Fəthullah Gülənlə məxfi təlimatın icraçısı, qanlı olayın təşkilatçısı… – Ərdoğanın sevimli yazıçısı

Ərdoğan: “Ölkəmizin ən önəmli mütəfəkkirərindən biri Mehmet Şevket Eyginin vəfatını təəssüflə öyrəndim”

Məşhur türk yazıçı Mehmet Şevki Eygi 86 yaşında vəfat edib.

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıçının ölümü ilə əlaqədar Tvitterdə paylaşım edib.

“Ölkəmizin ən önəmli mütəfəkkirərindən biri Mehmet Şevket Eyginin vəfatını təəssüflə öyrəndim”, – deyə prezident paylaşımında qeyd edib.

Eygi 1969-cu il fevralın 16-da ABŞ-ın Hərbi Donanmasının 6-cı bölməsinin İstanbula dislokasiya edilməsinə qarşı başlayan mitinq əleyhinə aksiya keçirməsi ilə tanınıb. Yazıçı “Qanlı bazar” adıyla tarixə yazılan və 2 fəhlənin həyatını itirdiyi, 200 nəfərin yaralandığı hücum vaxtı mitinqçilərə qarşı “Bugün” qəzetində cihad çağırışı etmişdi.

Eygi 1959-cu ildə Xüsusi Hərbi Dairədə FETÖ lideri Fəthullah Gülənlə birlikdə kommunizmlə mübarizəyə qarşı vəzifələndirilmişdi.

Bu sirri Türkiyə Silahlı Qüvvələrinin baş qərargahinin kəşfiyyat xidmətinin keçmiş rəhbəri İsmayıl Hakkı Pekin keçən il üzə çıxarmışdı.

“Fəthullah Gülən və Mehmet Şevki Eygi kimi şəxslər 1959-cu ildə Xüsusi Hərbi Dairədə vəzifələndirilmişdi. Vəzifələri “Yaşıl Kəmər” proyekti çərçivəsində kommunizmə qarşı mübarizə aparmaq idi”, – deyə Pekin bildirmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...