Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

FETÖ-çu generalın həbsi PKK-nı məhv etdi

FETÖ-çu general Mustafa Doğrunun həbsi PKK-nın süqutudur.

Türkiyə Silahlı Qüvvələri Qara dəniz bölgəsində PKK terror qruplaşmasına ağır zərbələr endirib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, son 4 il ərzində bölgədə fəaliyyət göstərən 22 nəfərlik dəstənin 12 nəfəri öldürülüb, 6-sı sağ ələ keçirilib.

Hazırda isə digər 4 nəfərin tapılması və zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Türkiyənin hərbi ekspertlərinin fikrincə, bölgədə PKK artıq süquta uğramaq üzrədir və bu mübarizədə ən vacib məqam 2016-cı ildə ərazinin jandarma qüvvələrinə rəhbərlik edən FETÖ-çu general Mustafa Doğrunun həbsi olub. Doğrunun yerinə Girəsun jandarmasına rəhbər təyin edilən Hakan Saraç ardıcıl əməliyyatlarla PKK terror qruplaşmasının süqutunu sürətləndirib.

Qeyd edək ki, hazırda Şərqi Qara Dəniz bölgəsində qalan 4 nəfərlik PKK dəstəsinə “Türk Tarık” kod adlı Barış Önər rəhbərlik edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...