Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

FETO-çu Kamal Öksüz Ermenistanda tutuldu – VİDEO

Kamal Öksüzün Ermənistanda bir STK-da çalışdığı bildirilib.

FETO terror təşkilatının üzvü olan Adil Öksüzün qardaşı Kamal Öksüz, Ermənistanda yaxalanıb.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ tərəfindən dələduzluqla günahlandırılan, İnterpol tərəfindən axtarılan Kamal Öksüzün Ermənistanda bir STK-da çalışdığı bildirilib.

Öksüzün ABŞ vətəndaşı olduğu və adını Kevin olaraq dəyişdirdiyi ortaya çıxıb. Ermənistan mətbuatında yer alan xəbərdə, terror təşkilatı FETO-cu Kamal Öksüzün dünən Ermənistanda tutulduğu bildirilib. ABŞ tərəfindən 23 avqustda axtarılan Öksüzün Ermənistanda müəssisəsi olduğu və qeyri-hökumət təşkilatları ilə çalışaraq regionda çalışdığı müəyyən edilib. Erməni mətbuatı Öksüzün keçmişdə qeyri-hökumət təşkilatında çalışdığı və bu proses içərisində Türk və ABŞ vətəndaşlarını Türkiyə və Azərbaycan səyahətləri ilə araya gətirməyə çalışdığını yazıb.

Erməni polisinin, yaxalama qərarından sonra təqibə keçdiyi və erməni polis məntəqələrinin Öksüz tutmaq üçün hərəkətə keçdiyi bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...