Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

FETÖ-dən bəddua təlimatı: Namazdan sonra 10 dəfə oxuyun

Hər bir FETÖ-çünün telefonunda xüsusi təlimatnamə…

Polis Fəthullahçı Terror Təşkilatına/Paralel Dövlətin Qurulmasına qarşı qurulan istintaqda təşkilat üzvlərinin nəzarət altına alınmaları zamanı ifadə verərkən necə hərəkət edəcəkləri ilə bağlı hazırlanan təlimatnamənin üstü açılıb.

“Din.az” “timetürk”ə istinadən xəbər verir ki, Türkiyənin Uşak Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinin polisləri, istintaq zamanı tutulan komissar köməkçisi Mevlüt Avşarın ağıllı telefonunda “FETÖ-nün tək tip ifadə təlimatnaməsi” ələ keçirilib. İstintaqı daha dərindən öyrənməyə çalışan polislər, təlimatnamənin FETÖ üzvləri arasında əlaqə yaradılması məqsədi ilə xüsusi şifrələmə sistemləri ilə qorunan kompüter yazıları sayəsində minlərlə ağıllı telefona eyni anda göndərildiyi aşkarlanıb.

Kriptolu mesajların bir müddət sonra ağıllı telefonlardan avtomatik olaraq silindiyini, ancaq bəzi təşkilat üzvlərinin təlimatnaməni ekran görüntüsü olaraq telefonlarında saxladığını təsbit edən polis, bugünə qədər nəzarət altına alınan təşkilat üzvlərinin polis araşdırmalarında suallara eyni cavabları verdiyini ortaya qoyub.

Təlimatnamədə, komissar köməkçisi Avşarın telefonuna çevrilişə cəhddən 10 gün əvvəl ekran görüntüsü olaraq yaddaşa verildiyi aşkarlanan və xüsusilə də bağladılan Bank Aysa ilə bağlı suallara hansı istiqamətdə cavablar veriləcəyi ilə bağlı konstitutsiya maddələri sadalanıb. Təlimatnamədə, ifadə vermək üçün çağırılanların “mütləq yanlarında vəkil olmasını, hansı qanunun maddəsi ilə ifadə verməsinin istənildiyinin və işlədiyi iddia edilən cinayətin dəlillərinin soruşulması, əks halda ifadə verilməməsi” bildirilib.

“Açıqlama verməyin, təlimatnaməni qohumlarınıza da çatdırın…”

İstintaq aparan polislərə çox qısa cavabların verilməsinin istənildiyi təlimatnamədə, təfsilatlara əsla varmamaq, qohum-əqraba ilə bağlı açıqlama verməmək və təlimatnamənin qohumlara çatdırılması tələb edilib.

Təlimatnamədə, Bank Asyaya külli miqdarda pul yatıranların pulların özlərinin deyil, xəstə ana, ata, baba, əmi kimi yaxınlarına aid olduğunun xüsusilə vurğulanması bildirilib.

Bankın İslami üsullara uyğun faizsiz bankçılıq etdiyini qeyd edərək Konstitutsiyanın 24-cü maddəsindəki “Din və vicdan hürriyyəti” ilə 25-ci maddəsindəki “düşüncə və qənaət hürriyyəti”nə əsaslanaraq bank xidməti aldığı, istintaq nəticəsində cəza alması olduğu halda Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyinin deyilməsi bildirilib.

Namazdan sonra 10 dəfə oxuyun…

Təlimatnamənin sonunda “Ey kitabı endirən, buludları hərəkətə gətirən, əzab ordularını dağıdan Uca Allahım, ən yaxın zamanda düşmənlərimizi darmadağın et, onlara qarşı bizə kömək ol, pisliklərini öz başlarına çevir” şəklində duanın əzbərlənməsi və namazdan sonra 10 dəfə oxunması da tələb edilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...