Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

FETÖ əməliyyatı səngimir – 1412 hərbçi ordudan kənarlaşdırıldı

Türkiyədə FETÖ təşkilatına qarşı ciddi mübarizə aparılır.

Türkiyədə FETÖ təşkilatı ilə bağlı şok qərarlar verilir. 

Türkiyə Silahlı Qüvvələrində Fetullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizə davam etdirilir.

Din.az xəbər verir ki, Türkiyə müdafiə nazirinin əmri ilə bu günə qədər 1412 nəfər ordudan xaric edilib.

Belə ki, müdafiə nazirinin əmri ilə Quru Qoşunlarından 765, Dəniz Qoşunlarından 242, Hərbi Hava Qüvvələrindən 375 hərbçi ordudan kənarlaşdırılıb.

Bundan əlavə, 106 təqaüddə olan hərbçinin də rütbələri geri alınıb. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...