Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

FETÖ əməliyyatında əli olan türk generallar ömürlük həbs olundu

Generallar ömürlük cəzanı ciddi rejimli kolonda çəkəcəklər.

Ankara məhkəməsi 2016-cı il iyul ayında dövlət çevrilişinə cəhddə iştirak etdiyinə görə, 47 hərbi qulluqçunu ömürlük azadlıqdan məhrum edib.

Din.az bildirir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İnformasiyaya görə, 27 hərbçi, o cümlədən iki general cinayət hallarının ağır olmasına görə, ömürlük cəzanı ciddi rejimli kolonda çəkəcək. Digər 20 müttəhim isə ümumi rejimli cəzaçəkmə müəssisələrinə yerləşdiriləcək.

Bundan başqa 217 nəfər “dövlət quruluşunu dəyişməyə cəhdə dəstək olduqlarına görə” 12-20 il müddətlərinə azadlıqdan məhrum edilib.

Müttəhimlər bundan əvvəl Ankaranın 58-ci artilleriya briqadasında və artilleriya-raket məktəbində xidmət edib.

Məhkəmədə 64 müttəhimin bəraət aldığı bildirilir.(oxu.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...