Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

FETÖ ilə bağlı xəbərdarlıq: ən böyük zəiflik Diyanətdədir

Share Button

Diyanət sekta kimi yayılan bu camaat haqqında hesabat hazırlaya bilmirdi?

“Milli Gazet”e yazarı olan Mehmet Şevket Eygi, FETÖ mövzusunda dövlətin hər sahəsində çox ciddi kəşfiyyat zəifliyinin olduğunu bildirib.

“Din.az” xəbər verir ki, “Diyanət, əlbəttə, MİT hesabatı kimi bir hesabat hazırlaya bilməz. Bu onun vəzifəsi deyil” deyən Eygi, “Diyanətin hesabatında bu camaatın yaydığı sualların cavabları araşdırılmalı idi” deyib və görülməyən tədbirləri sadalayıb.

“Camaat mövzusunda çox böyük, çor qorxunc, dəhşətverici, əff edilməyən, bəyənilməyən bir kəşfiyyat zəifliyinin olduğunu kimsə inkar etməyə, üstünü örtməyə çalışmasın. Kəşfiyyat deyərkən sadəcə MİT-in və digər kəşfiyyat orqanlarının etmələri lazım olan araşdırma və istintaqları nəzərdə tutmuram.

Bu mövzuda ən böyük zəiflik Diyanətdədir…

Tarixdə bənzəri az görülən dini bir camaat  və ya sekta meydana gəlir və bədənimizdəki xırda damarlar kimi hər yerə nüfuz edir, təşkilatlanır. Ordunun böyük bir qismini nəzarət altına alır və Diyanət Nazirliyi bu camaat haqqında xəbərdarlıq hesabatı hazırlamır. Bu nə dərəcədə düzgündür? Diyanətin hesabatında bu camaat haqqında verilən suallar araşdırılmalı idi.

  1. Camaat, “Ümmətim 73 firqəyə ayrılacaqdır, bir firqədən başqa bunlar cəhənnəmlikdir…” hədisi araşdırılmalı idi.
  2. Camaatın ortaya atdığı dinlərarası dialoq və tolerantlıq tezisi dini baxımdan incələnməli idi.
  3. Dövrümüzdə 3 haqq İbrahim din vardır. Bunların hamısının Əhli-necat və Cennetlikdir inancı masaya yatırılmalı və Əhli-Sünnət meyarlarına görə araşdırılmalı idi.
  4. Camaat yüz milyardlarla dollarlıq bir büdcəyə sahibdir. Bu çox yüksək miqdardakı pulları islami meyarlara görəmi toplayırdılar.
  5. Camaat neçə mövzuda Əhli-Sünnət və Camaat dairəsindən çölə çıxmışdı.
  6. Camaat məktəblərdə Qurana, Sünnətə, şəriətə uyğun sağlam və səhih din təhsili verirdimi?
  7. Camaat şiədən daha çox və həddindən artıq təqiyyə və kitman edirdi. Bu gühan idimi?
  8. Kainatın imamı nə deməkdir, Əhli-Sünnət İslamlığında belə bir şey var idimi?
  9. Məsum imam inancı İslama uyğun idimi?
  10. Əhli Kitabın xatiri üçün Kəlimeyi-Tövhidin ikinci hissəsinin deyilməməsi düzgün idimi?

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir