Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

FETO ilə əlaqəsi olan 4 jurnalistə Türkiyədə hökm oxundu

Türkiyədə FETÖ-ya qarşı mübarizə davam edir.

Türkiyə hökuməti tərəfindən bağlanan müxalifətçi “Zaman” qəzetinin 4 sabiq əməkdaşı müxalifətdə olan İslam xətibi Fətullah Gülənin təşkilatı (FETO) ilə əlaqələrə görə İstanbul məhkəməsi tərəfindən müxtəlif müddətli həbs cəzalarına məhkum olunublar.

Din.az bildirir ki, jurnalistlər Əli Bulac və Şahin Alpay 8 il 9 ay, onların həmkarları Müntəzir Nührənə və Mustafa Ünal 10,5 il dəmir barmaqlıqlar arxasında keçirəcəklər.

Xatırladaq ki, 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra “Zaman” qəzeti bağlanmış, 20-dən çox əməkdaşı isə həbs edilmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...