Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

FETÖ-nun media kapitanı Buxarestdə həbs olundu

Türkiyədən qaçan FETO-nun media rəhbərlərindən biri saxlanılıb.

15 iyul çevriliş cəhdindən sonra Türkiyədən qaçan FETÖ-nun Rumıniya və Bolqarıstandakı media təşkilatının rəhbəri Kamil Dəmirqaya Buxarest polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Din.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən informasiya yayıb.

Dəmirqayanın Türkiyəyə ekstradisiyası ilə bağlı diplomatik təşəbbüslərin sabahdan etibarən başladılacağı bildirilib.

Rumıniyada artıq ekstradisiya prosesinin əleyhinə çıxışlar da başlayıb. Belə ki, FETÖ-nün maliyyə dəstəyi verdiyi millət vəkili Kristian Preda Ədliyyə Nazirliyinə müraciət edərək ekstradisiya prosesinin dayandırılmasını tələb edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...