Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
namaz

FETÖ-nün namazlardan sonra “bəddua seansları”

Share Button

Namazlardan sonra toplu şəkildə Ərdoğana bəddua etmişlər…

Konyada keçirilən FETÖ/PYD istintaqı çərçivəsində məlumat sahibi olaraq ifadəsi alınan bir iş adamı təşkilatın “yardım yığıncaqları” və “bəddua seansları” haqqında məlumatlar verib.

“Din.az” xəbər verir ki, məlumat sahibi olaraq ifadəsi alınan iş adamı M.S, ifadəsində Konyada “Gülən camaatı”nın məmur söhbətlərinə getdiyini və toplantıda iştirak edənlərə “məmur köməyi” adı altında maddi kömək etdiklərini bildirib.

Maddi yardım olunandan bir müddət sonra təşkilatın biznesmen qəyyumlar heyətinə qatılması təklifinin edildiyini qeyd edən M.S, Allah rizası üçün “tamam” dediyini və saf duyğularla bu toplantılarda iştirak etməyə başladığını danışıb.

Söhbətlərdə daha çox Fəthullah Gülənin kitablarının oxunduğunu, videosunun izlədildiyini və sonda vəzifələrin təyin olunduğunu qeyd edən M.S, “vəzifələr ümumilikdə qəzet abunəsi tapmaq, söhbət üçün adam araşdırmaq, yardım ala biləcəyimiz insanları təsbit etmək, qurban bağışlamaq və tələbələrə təqaüd təmin etməkdir. Bu sadaladıqlarım eyni zamanda qəyyum olan insanların da vəzifələri idi. Qəyyumlar eyni zamanda müəyyən miqdarda pul vermək məcburiyyətində idilər. Onsuz da pul verməyən insanlar qəyyum olaraq vəzifələndirilə bilməzdilər. Çünki qəyyum olmağın vacib şərti nəzərdə tutulan pulu vermək və ya toplamaqdır” deyə ifadələrini işlədib.

Qəyyum qrupların yaradılmasında vəzifələndiriləcək insanın yardım vermək gücü və ya çevrəsindən pul toplamaq imkanlarına toxunan M.S, söhbətə qatılan və bir il ərzində dəyişən müəllimlərin telefon nömrələrini də dərhal dəyişdirdiklərini bildirib.

“Uzun adam AK Partiyasının başından gedəcək…”

Yığıncaqlarda gizliliyə riayət edildiyini, söhbət edən müəllimlərin belə ləqəb addan istifadə etdiklərini vurğulayan M.S, üst təbəqədəki bəzi insanların söhbətlərə qatılaraq insanların xeyir əməl işləmək mövzusundakı duyğularını sanki ruhlandırdıqlarını, Həzrəti Muhamməd (s.a.s) və səhabələrin həyatından danışaraq maddi yardımları artırılmasını təmin etdiklərini bildirib.

M.S, Konyada baytarlıq fakultəsində oxuyan “şakirt” deyə adlandırılan tələbələrin  Beyşehir mahalında bir tələbə yurdunda 15 günlük düşərgəyə girdiyinə diqqət çəkərək bunları qeyd edib:

“Şagirdlərə yemək vermək üçün mahala getdik. Şagirdlərə yeməkləri paylayıb qurtardıqdan sonra birlikdə qılınan günorta namazından sonra orada olanlara bir kağız paylandı. Kağızda açıq şəkildə o dövrdə baş nazir olan Rəcəb Tayyib Ərdoğana işarə edən, Fəthullah Gülənin mətbuatda əks olunan bədduasından da çox ağır bir bəddua yazılmışdı. Bu bədduanı şagirdlərdən biri yüksək səslə oxudu, orada olan hər kəs bu bədduaya “amin” dedi. Bəddua hərəkətinin Fəthullah Gülənin təlimatı ilə həyata keçirildiyini düşünürəm. Çünki onun təlimatından kənar heç bir şey edilmirdi. Orada camaatı tərk etməyə qərar verdim. Bu bəddua hadisəsindən əvvəlki günlərdə müəllimlər “uzun adam AK Partiyasının başından gedəcək, yerinə gələcək insan camaata çox böyük xidmətlər göstərəcək” şəklində çıxışlar edirdilər.

Camaatdan ayrıldıqdan sonra izinin buraxılmadığına işarə edən M.S, “yeməyə çağırdılar. Kömək etməyim üçün israr etdilər. Hal-hazırda onların daxilində olmadığım üçün böyük bir dəhşətdən qurtulduğumu düşünürəm” deyə iş adamı bildirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top