Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

FETÖ-nun şok planı: Əkiz pilotlar…

FETÖ bir ailənin 3 oğlunu kiçik yaşlarından himayə edib pilot kimi yetişdirdilər.

Türkiyədə keçirilən FETÖ əməliyyatı nəticəsində FETÖ-nun bir ailənin 3 oğlunu kiçik yaşlarından himayə edərək pilot kimi yetişdirdiyi məlum olub.

Din.az xəbər verir ki, qruplaşma imtahan suallarını öncədən verərək hər 3 qardaşın pilot məktəbinə qəbul edilməsinə və ordu sıralarına daxil olmasına zəmin yaradıb.

Qardaşlardan böyüyü İbrahim Poyraz 15 iyul çevriliş cəhdi zamanı 2 hərbçini əsir götürdüyü üçün həbs olunub. Əkiz olan digər qardaşlar isə uzun müddət özlərini gizlətməyi bacarıblar. Hətta Yunus Poyraz adlı FETÖ üzvü çevriliş cəhdindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsini mühafizə edən hava dəstəsindəki pilotlardan biri olub.

Baylok belə istifadə etmədikləri üçün uzun müddət gizlənə bilən FETÖ-çu əkizlər Balıkəsirdəki 9-cu hava bazasında xidmət aparıblar. FETÖ istintaqı nəticəsində qruplaşmaya üzv olduqları məlum olan qardaşlardan əvvəlcə Əmrə Poyraz, daha sonra isə Yunus Poyraz həbs edilib. Hər 3 qardaş ordudan xaric edilib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...